...

Milli Məclis Balkan ölkələri ilə imzalanmış sənədləri ratifikasiya edib

Siyasət Materials 24 May 2013 12:54 (UTC +04:00)
Milli Məclisin cümə günü keçirilən plenar iclasında bir sıra dövlətlərarası sənədlər təsdiq olunub.
Milli Məclis Balkan ölkələri ilə imzalanmış sənədləri ratifikasiya edib

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev /

Milli Məclisin cümə günü keçirilən plenar iclasında bir sıra dövlətlərarası sənədlər təsdiq olunub.

Trend-in məlumatına görə, iclasda Azərbaycan və Monteneqro arasında imzalanmış bir sıra sənədlər - dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə, iki ölkə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması ilə bağlı Konvensiya və onun tərkib hissəsi hesab edilən Protokol, beynəlxalq kombinə edilmiş daşımalarla bağlı saziş ratifikasiya olunub.

Həmçinin iclasda Azərbaycan və Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi təsdiq edilib.

Qanun layihələrini təqdim edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu sənədlər Azərbaycanın həmin ölkələrlə əlaqələrinin inkişlafının göstəricisidir.

Deputat Sahib Alıyev müzakirələr zamanı bildirib ki, imzalanmış sənədlər Balkanların strateji mənada Azərbaycana bağlılığının nümunəsidir. O qeyd edib ki, hazırda Avropa iki cəbhəyə bölünərək Azərbaycanın reallaşdırdığı "Cənub qaz dəhlizi" layihəsi ilə bağlı mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti