...

KİV: Türkiyə və İsrail arasında danışıqlar dalana dirənib

Siyasət Materials 29 May 2013 10:29 (UTC +04:00)
Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar dayandırılıb.
KİV: Türkiyə və İsrail arasında danışıqlar dalana dirənib

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir A. Tağıyeva/

Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar dayandırılıb. Trend-in çərşənbə günü "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, buna səbəb tərəflərin Təl-Əvivin "Azadlıq donanması"nın ölən üzvlərinin ailələrinə ödəməli olduğu təzminanıtın həcmi barədə razılığa gələ bilməmələridir.

Məlumata görə, tərəflər iki görüş keçiriblər və ilkin razılıq əldə ediblər. Lakin Türkiyə xarici işlər nazirinin müavini Firudin Siniroğlu və İsrailin Baş nazirinin xüsusi nümayəndəsi Cozef Çexanover arasında keçirilən son görüş nəticəsiz başa çatıb. Tərəflər təzminatın həcmi üzrə razılıq əldə edə bilməyiblər.

Buna görə də həmin görüşdən sonra iki ölkə arasında danışıqlar dalana dirənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti