...

Rusiya İranla C-300 problemini həll etmək istəyir

Siyasət Materials 30 May 2013 22:49 (UTC +04:00)
Rusiyanın C-300 HHM sistemlərilə bağlı müqaviləni yerinə yetirmədiyi üçün başlanmış məhkəmə işində qalib gəlmək şansları aşağıdır. Trend RİA Novostiyə istinadən məlumat verir ki, bunu "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov deyib.
Rusiya İranla C-300 problemini həll etmək istəyir

Azərbaycan, Bakı, 30 may /Trend/

Rusiyanın C-300 HHM sistemlərilə bağlı müqaviləni yerinə yetirmədiyi üçün başlanmış məhkəmə işində qalib gəlmək şansları aşağıdır. Trend RİA Novostiyə istinadən məlumat verir ki, bunu "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov deyib.

Məlumatda bildirilir ki, İran dəyəri 4 milyard dollar olan müqavilənin yerinə yetirilməməsi üzündən "Rosoboroneksport" şirkətini beynəlxalq məhkəməyə verib.

"Hazırda iş məhkəmədədir və istintaq gedir. Təəssüflər olsun ki, iddianı qazanmaq imkanımız olduqca aşağıdır. Ona görə də, problemi həll etmək üçün İran tərəfilə danışıqlar aparırıq. Lakin hələki nəticə yoxdur" - deyə Sergey Çemezov bildirib.

Xatırladaq ki, İranın hava məkanının müdafiəsi üçün satılması nəzərdə tutulmuş C-300 kompleksi 2007-ci ildə imzalanmış müqaviləyə əsasən Tehrana verilməli idi. O zaman İsrail və ABŞ razılaşmaya qarşı çıxış etmişdilər.

Xəbər lenti

Xəbər lenti