...

MDB Hökumət Başçıları Şurasının iclasında əməkdaşlıq haqqında 12 beynəlxalq sənəd imzalanıb

Siyasət Materials 31 May 2013 17:13 (UTC +04:00)
MDB Hökumət Başçıları Şurasının Minskdə keçirilən iclasında əməkdaşlıq haqqında 12 beynəlxalq sənəd imzalanıb.
MDB Hökumət Başçıları Şurasının iclasında əməkdaşlıq haqqında 12 beynəlxalq sənəd imzalanıb

Azərbaycan, Bakı, 31 may /Trend/

MDB Hökumət Başçıları Şurasının Minskdə keçirilən iclasında əməkdaşlıq haqqında 12 beynəlxalq sənəd imzalanıb. Trend-in cümə günü "Belta"ya istinadən verdiyi məlumata görə, bunu Belarusun Baş naziri Mixail Myasnikoviç iclasın yekunları üzrə keçirilən mətbuat konfransında deyib.

Baş nazirin sözlərinə görə, bağlanan müqavilələrdən biri Özbəkistanın MDB-nin azad ticarət zonası haqqında müqaviləsinə qoşulmasına dair protokol olub.

Myasnikoviç qeyd edib ki, elm və təhsil, ekologiya, rabitə, idman sahələrində də sənədlər imzalanıb: "Atom enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi sahəsində qarşılıqlı fəaliyyət üzrə tərəfdaşlıq haqqında sənəd bağlanıb".

O deyib ki, MDB ölkələrinin innovasiya əməkdaşlığı üzrə dövlətlərarası proqramların 11 pilot layihəsi bəyənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti