...

Komitə sədri ABŞ Dövlət Departamentinin yanlışlıqlarını açıqlayıb

Siyasət Materials 4 İyun 2013 12:18 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin Azərbaycandakı dini vəziyyətlə bağlı bu il hazırladığı hesabatda olan bəzi məqamlar iki yanlışlıqdan qaynaqlanır.
Komitə sədri ABŞ Dövlət Departamentinin yanlışlıqlarını açıqlayıb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/

"ABŞ Dövlət Departamentinin Azərbaycandakı dini vəziyyətlə bağlı bu il hazırladığı hesabatda olan bəzi məqamlar iki yanlışlıqdan qaynaqlanır. Bunlar ya Azərbaycanda olan reallıqları tam əks etdirmir, akademik nəzəri yanaşma var, digər tərəfdən dövlət-din münasibətlərinə aid olmayan məsələni əks etdirir". Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib:

"Hesabatda eyni zamanda dini ədəbiyyatın da nəşri ilə məşğul olan bəzi nəşriyyatlara vergidən yayındıqlarına görə sanksiyalar tətbiq olunması ilə bağlı hallar var. Bunun dinlə əlaqədar olan hesabatda əks olunması düzgün deyil. Biz çalışırıq ki, bu istiqamətdə əməkdaşlıq çərçivəsində öz mövqeyimizi Dövlət Departamentinə çatdıraq. Əminik ki, ilbəil bu hesabat daha müsbət olacaq".

Eyni zamanda komitə sədri vurğulayıb ki, hesabatda, həmçinin keçən ilki hesabatda əksini tapmamış müsbət məqamlar var:

"Hesabatda ilk dəfə olaraq dövlətin din sahəsində qayğısı ilə əlaqədar konkret məqamlar göstərilib. Din-dövlət, tolerantlığın gücləndirilməsi istiqamətində Bakıda keçirilən forum, Protestant icmasının dövlət qeydiyyatından keçməsi kimi müsbət məqamlar göstərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti