...

Qrant: BMT Rusiyanın sülhməramlılarla bağlı təklifinə baxmalıdır

Siyasət Materials 8 İyun 2013 05:18 (UTC +04:00)
BMT Suriya və İsrail arasındakı Holan yüksəkliyinə göndərmək istədiyi sülhməramlılarla bağlı təklifinə baxmalıdır. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, bunu BMT TŞ-nin sabiq sədri britaniyalı Layel Qrant deyib.
Qrant: BMT Rusiyanın sülhməramlılarla bağlı təklifinə baxmalıdır

Azərbaycan, Bakı, 8 iyun /Trend/

BMT Suriya və İsrail arasındakı Holan yüksəkliyinə göndərmək istədiyi sülhməramlılarla bağlı təklifinə baxmalıdır. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, bunu BMT TŞ-nin sabiq sədri britaniyalı Layel Qrant deyib.

"Sülhməramlı əməliyyatlar üzrə departament digər məsələlərlə birgə bu təklifə də baxa bilər" - deyən Qrant deyib ki, Rusiyanın istəyi BMT TŞ-nin bir sıra üzvləri tərəfindən dəstəklənir.

"Lakin İsraillə Suriya arasındakı saziş bu təklifin reallaşdırılmasına imkan vermir" - deyə Qrant əlavə edib.

O, izah edib ki, saziş BMT TŞ-nin üzv dövlətlərinin hərbçilərinin UNDOF çərçivəsində iştirakını qadağan edir.

Xəbər lenti

Xəbər lenti