...

Hakim partiya: Türkiyədə növbədənkənar seçkilər keçirilməyəcək

Siyasət Materials 8 İyun 2013 23:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Çelik növbədənkənar seçkilərin keçirilməsi iddialarının tamamilə əsassız olduğunu bildirib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Bu iddiaları xəyal adlandıran Çelik qeyd edib: ''Seçkilərin zamanında keçirilməli olduğu bir dönəmdəyik".

Sədr müavini AKP İdarə Heyətinin İstanbulda keçirilən iclasından sonra jurnalistlərə bildirib ki, qarşıda bir seçki var, o da məlum olduğu kimi, 2014-cü ilin mart ayında baş tutacaq. 2015-ci ilin iyun ayında isə parlament seçkiləri keçiriləcək.

Çelik bu xəbərlərin, iddiaların doğru olmadığını, xəyal məhsulu olduğunu bildirib: "Bizim gündəliyimizdə belə bir məsələ yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti