...

Sərdar Cəlaloğlu Milli Şuradan açıqlama tələb edir

Siyasət Materials 12 İyun 2013 10:20 (UTC +04:00)
Milli Şurada bizi narahat edən bir çox məsələlər var, onlara aydınlıq gətirilməlidir. Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu Milli Şuradan açıqlama tələb edir

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Mehdiyev/

Milli Şurada bizi narahat edən bir çox məsələlər var, onlara aydınlıq gətirilməlidir. Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Cəlaloğlunun fikrincə, Milli Şura təsis olunsa da onun məqsədləri, o cümlədən onun qarşısına qoyacağı məqsədlərə necə, hansı yollarla nail olacağı bəlli deyil.

Partiya sədri hesab edir ki, Milli Şura adına baxanda görürük ki, həm əhatə dairəsi, həm də ayrı-ayrı şəxslərin keyfiyyəti baxımından onun tərkibi milli tərkib deyil: "Açığını deyim ki, orada təsadüfü təmsil olunanlar və yaxud da birliklərdə təmsil olunmaq gücünə, potensialına və haqqına malik olmayan insanlar çoxdur".

Milli Şuradan prezidentliyə vahid namizədin müəyyənləşdirilməsinə toxunan Cəlaloğlu qeyd edib ki, Milli Şurada ən ciddi problemlərindən biri bu məsələ olacaq: "Çünki bilirik ki, bu, Azərbaycan müxalifətində problemli məsələlərdəndir. Düşünmürəm ki, həmin məsələ asan həll olunacaq".

Cəlaloğlu hesab edir ki, Milli Şurada xüsusən xarici siyasət məsələlərində razılaşma əldə olunmayana qədər yəqin ki, vahid namizəd məsələsində də ciddi bir nailiyyət əldə olunmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti