...

Ərdoğan: Həddini bil, Avropa İttifaqı! (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 İyun 2013 20:36 (UTC +04:00)
Gezi parkı bir qrup insanın deyil, bütün millətin parkıdır. Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda keçirilən mitinqində çıxışı zamanı deyib.
Ərdoğan: Həddini bil, Avropa İttifaqı! (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Gezi parkı bir qrup insanın deyil, bütün millətin parkıdır. Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda keçirilən mitinqində çıxışı zamanı deyib.

Ərdoğan bildirib: "Biz söyləyəcəyimizi demokratik yollarla söyləyərik".

Baş nazir çıxışında xarici KİV-ləri tənqid edib: "Fəaliyyətini yalan üzərində quran xarici KİV-lər Türkiyə xalqını fərqli göstərməyə çalışır. Bu millət sizin dünyaya təqdim etdiyiniz millət deyil. Türkiyədə nələr olduğunu görmək istəyən bu mitinqə baxsın".

Ərdoğan artıq səbrinin daşdığını deyib: "Mən etirazçıların nümayəndələrinə xəbərdarlıq etdim ki, Gezi parkını boşaldın. Əks təqdirdə, terror təşkilatlarına rəğmən, qılınc gücünə də olsa bu parkı boşaldacağıq".

O bildirib ki, Avropa İttifaqının Türkiyə ilə bağlı qərar qəbul etmək haqqı yoxdur: "Həddini bil, Avropa İttifaqı! Biz Aİ-nin qərarını tanımırıq".

Baş nazir vurğulayıb ki, Türkiyə sosial şəbəkələr vasitəsilə üzərində əməliyyatlar aparılacaq ölkə deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti