...

Hakim partiya: Avropa Parlamentinin qəbul etdiyi qətnamə məqsədli formada Azərbaycan reallıqlarını təhrif edib

Siyasət Materials 21 İyun 2013 13:43 (UTC +04:00)
Avropa Parlamentinin qəbul etdiyi qətnamə məqsədli formada Azərbaycan reallıqlarını təhrif edib. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Milli Məclisin cümə günü növbədənkənar iclasında Avropa Parlamentinin 13 iyun tarixli qətynaməsinə münasibət bildirərkən deyib.
Hakim partiya: Avropa Parlamentinin qəbul etdiyi qətnamə məqsədli formada Azərbaycan reallıqlarını təhrif edib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Avropa Parlamentinin qəbul etdiyi qətnamə məqsədli formada Azərbaycan reallıqlarını təhrif edib.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Milli Məclisin cümə günü növbədənkənar iclasında Avropa Parlamentinin 13 iyun tarixli qətynaməsinə münasibət bildirərkən deyib:

"Bu sənəd hüquqi baxımdan qüsurludur və absurddur".

Əhmədov qeyd edib ki, sənəd kiçik deputat qrupu tərəfindən qəbul edildiyindən bütövlükdə Avropa Parlamentinin sənədi kimi qəbul olunmamalıdır:

"Qətnamə diplomatik baxımdan da qüsurlu olduğundan müstəqil ölkəyə qarşı bu cür təhrif dolu sənədin qəbul edilməsi yolverilməzdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti