...

Prezident İlham Əliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışında iştirak edib (FOTO)

Siyasət Materials 25 İyun 2013 11:58 (UTC +04:00)
İyunun 25-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Prezident İlham Əliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

İyunun 25-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoydu.
Sonra Prezident İlham Əliyev hospitalın baş planını əks etdirən stendə baxdı.

Dövlətimizin başçısı müalicə korpusunun rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Səhiyyə ocağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti hospitalın kollektivi ilə görüşdü.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı səyyar cərrahiyyə hospitalı ilə tanış oldu. Bildirildi ki, səyyar cərrahiyyə hospitalı 60 çarpayılıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti