Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İzzət/
Bakıda Azərbaycan və ABŞ hərbçilərinin ikitərəfli məsləhətləşmələr konfransı işinə başlayıb. Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən müdafiə sahəsində ikitərəfli məsləhətləşmələr konfransı keçirilir.
Konfransda iki ölkə arasında hərbi əməkdaşlığın perspektivi müzakirə edilir.
Konfrans "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində keçirilir.