...

Azərbaycanla ABŞ arasında yaxın illər üçün hərbi əməkdaşlıq planları müzakirə edilib

Siyasət Materials 2 İyul 2013 16:06 (UTC +04:00)
Bakıda NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan-ABŞ ikitərəfli məsləhətləşmələrinə həsr olunmuş konfrans keçirilib.
Azərbaycanla ABŞ arasında yaxın illər üçün hərbi əməkdaşlıq planları müzakirə edilib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İzzət/

Bakıda NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan-ABŞ ikitərəfli məsləhətləşmələrinə həsr olunmuş konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən müdafiə sahəsində ikitərəfli məsləhətləşmələrə həsr olunmuş konfrans keçirilib.

Konfransda yaxın iki-üç il ərzində hər iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri barədə səmərəli dialoq aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti