...

Deputat: Azərbaycan Koreya üçün çox mühüm potensial strateji tərəfdaşdır

Siyasət Materials 3 İyul 2013 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İ.İzzət/

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük iqtisadi və siyasi stabilliyə nail olub. Azərbaycanın zəngin təbii ehtiyatları var və çox vacib geosiyasi məkanda yerləşir. Azərbaycan Qara dəniz və Xəzər dənizi arasında strateji mərkəz, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropanı birləşdirən körpü rolunu oynayır. Ona görə də Azərbaycan Koreya üçün çox mühüm potensial strateji tərəfdaşdır.

Bunu Trend-ə açıqlamasında Koreya Respublikası Parlamentinin - Koreya Milli Assambleyasının Xarici əlaqələr, ticarət və unifikasiya komitəsinin üzvü, Milli Assambleyanın Unifikasiya, xarici əlaqələr və təhlükəsizlik forumunun sədri Hvang Jin Ha bildirib.

Koreyalı parlamentarinin fikrincə, iki ölkə arasında əlaqələri inkişaf etdirmək üçün diplomatik münasibətləri, o cümlədən ictimai təsisatlar, xalqlar, kütləvi informasiya vasitələri arasında əlaqələri gücləndirmək lazımdır. Bu əlaqələr genişləndikcə onlar möhkəmlənəcək.

İki ölkənin parlamentləri arasında əlaqələrin səviyyəsindən razı olmadığnı deyən Hvang Jin Ha bununla belə Azərbaycan və Koreya arasında əlaqələrin gələcəyinə çox nikbin yanaşır:

"Hazırda Koreya və Azərbaycan parlamentləri arasında əlaqələrin səviyyəsi o qədər də qənaətbəxş deyil. Lakin iki ölkənin iqtidarda olan siyasi partiyaları arasında yaxşı əlaqələr mövcuddur. Koreyanın hakim Senuri Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələr çox sürətlə inkişaf edir. Biz onların imkanlarından istifadə edərək iki ölkə arasında əlaqələri də inkişaf etdirə bilərik. Daha sonra bu münasibətləri parlament müstəvisinə çıxarmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti