...

Əli Əhmədov: 10 illik təcrübəyə əsaslanan xalq qarşıdakı 5 ildə də İlham Əliyevin rəhbərliyi ilə ölkənin uğurlarının davam etdirilməsinə inanır (FOTO)

Siyasət Materials 4 İyul 2013 12:57 (UTC +04:00)
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il müddətində ölkəmizdə həyatımızın bütün sahələrində qazanılmış uğurları dövlətimizin başçısının məqsədyönlü fəaliyyətinin nəticəsi kimi qiymətləndirən YAP Sədrinin müavini respublikamızın yeniləşdiyini və müasirləşdiyini bildirib.
Əli Əhmədov: 10 illik təcrübəyə əsaslanan xalq qarşıdakı 5 ildə də İlham Əliyevin rəhbərliyi ilə ölkənin uğurlarının davam etdirilməsinə inanır (FOTO)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir E.Mehdiyev/

10 illik təcrübəyə əsaslanan xalqımız qarşıdakı 5 ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlarının davam etdirilməsinə inanır.

Trend-in məlumatına görə, bunu iyulun 4-də Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov YAP Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin Masallı turunun iştirakçıları və region gəncləri ilə görüşündə çıxışı zamanı deyib.

Əhmədov bildirib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti qarşıdan gələn prezident seçkilərində partiyanın Sədri, dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyir.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il müddətində ölkəmizdə həyatımızın bütün sahələrində qazanılmış uğurları dövlətimizin başçısının məqsədyönlü fəaliyyətinin nəticəsi kimi qiymətləndirən YAP Sədrinin müavini respublikamızın yeniləşdiyini və müasirləşdiyini bildirib.

Qarşıdakı prezident seçkilərində öz sıralarında 600 min nəfərdən artıq siyasi həmfikri birləşdirən YAP-ın qarşısında duran vəzifələrdən ətraflı söhbət açan Əhmədov seçki kampaniyasında hər bir gəncin fəal təbliğatçı olmasının vacibliyini diqqətə çatdırıb:

"Hər dəfə seçki kampaniyası dövründə cəmiyyətdə müxtəlif qabarmalar yaranır. Müxtəlif maraqlı dairələr bu dövrdə fəallaşır, əldə olunmuş nailiyyətlərə kölgə salmağa çalışırlar. Azərbaycan reallıqlarının təhrif olunmasının qarşısının alınmasında gənclər xüsusi fəallıq nümayiş etdirməlidirlər. Bu işdə gənclərin gücündən səmərəli istifadə olunmalıdır. Onlar seçki kampaniyasında mövcud olan bütün resurslardan istifadə etməklə seçkilərin yüksək səviyyədə keçirilməsinə töhfələrini verməlidirlər".

Görüşdə çıxış edən gənclər bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərilə əlaqədar bildiriblər ki, onlar qarşıdan gələn prezident seçkilərində də yekdilliklə dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Daha sonra YAP Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin Masallı turunda iştirak edən, bu il magistraturaya daxil olan və hərbi xidmətə getməyə hazırlaşan gənclərə xeyir-dua verilib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulanıb.

Xatırladaq ki, gənclərin intellektual səviyyəsinin daha da yüksəldilməsi və asudə vaxtının səmərəli təşkil edilməsi baxımından əhəmiyyətli layihə olan, gənclər üçün təcrübə və bilik mənbəyi hesab edilən YAP Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi"nin Masallı turu iyulun 6-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti