Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir R.Hafizoğlu/
Misir ordusu silahlı qruplaşmaların yerli aeroporta hücumu ilə əlaqədar olaraq, Sinay yarımadasında fövqəladə vəziyyət elan edib. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Telekanalın məlumatına görə, bu gün silahlı qruplaşmalar Sinay yarımadasında yerləşən hava limanını atəşə tutublar.