...

Prezident İlham Əliyev Qazax rayonuna səfərə gəlib

Siyasət Materials 5 İyul 2013 18:19 (UTC +04:00)
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuza səfərini başa çatdıraraq Qazax rayonuna gəlmişdir.
Prezident İlham Əliyev Qazax rayonuna səfərə gəlib

Azərbaycan, Bakı, 5 iyul /Trend/

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuza səfərini başa çatdıraraq Qazax rayonuna gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov Prezident İlham Əliyevə məlumat verdi ki, abidənin yerləşdiyi 4 hektarlıq parkın yenidən qurulmasına 2012-ci ildə başlanmış, ərazinin yarısında bərpa işləri həmin il başa çatdırılmışdır. Qalan iki hektar sahə isə bu il abadlaşdırılmışdır. Burada sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti