Azərbaycan, Bakı, 5 iyul /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində iyulun 5-də Ağstafa rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Ağstafa şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Prezidentinə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq işləri barədə məlumat verdi.
Bildirildi ki, parkda rayon sakinlərinin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır.