Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Mehdiyev/
Koreya parlamentinin beş nəfərdən ibarət nümayəndə heyəti iyulun 11-də Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in deyib.
Onun sözlərinə görə, 3 gün davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın dövlət rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Səfərin məqsədi iki ölkə arasında əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsidir.