...

Misirin Antikorrupsiya Komitəsi eks-prezident barəsində istintaqa başlayıb

Siyasət Materials 10 İyul 2013 03:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Misirin Antikorrupsiya Komitəsi ordu tərəfindən devrilən sabiq Prezident Məhəmməd Mursi barəsində istintaqa başlayıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Misirin CBC telekanalı xəbər yayıb.

Məlumata görə, keçmiş dövlət başçısı "qeyri-qanuni zənginləşmə" və "vəzifə səlahiyyətlərindən sui-istifadə"də ittiham olunur.

Digər təfərrüatlar hələ açıqlamır.

Xəbər lenti

Xəbər lenti