...

Edvard Nalbandyan: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilin sonunadək keçirilə bilər

Siyasət Materials 15 İyul 2013 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü bu ilin sonunadək baş tuta bilər. Trend-in bazar ertəsi "Mediamaks"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə birgə keçirdiyi mətbuat konfransda bəyan edib.

Nalbandyan bildirib: "Hazırda prinsipial razılıq və belə bir görüşün keçirilməsi zərurəti anlayışı var. Və görüşün ilin sonunadək baş tutması üçün çalışmaq lazımdır".

Onun sözlərinə görə, iyulun 12-də Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdiyi görüşdə danışıqlar prosesinin irəliləməsi imkanları və yaxın aylar üçün görüşlərin qrafiki müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti