İlham Əliyev Xaçmazda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib (FOTO)

İlham Əliyev Xaçmazda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Xaçmaz rayonuna səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxlu sayda eksponat vardır. Yeni muzey Xaçmaz şəhərinin Heydər Əliyev prospektində, Şəxsiyyətlər Muzeyinin ərazisində inşa edilmişdir. İki filial və yeddi şöbədə fəaliyyət göstərən muzeyin 1930-cu ildə tikilən binası artıq istismar müddətini başa vurmuş və istifadəyə yararsız vəziyyətə düşmüşdür. Yeni binanın tikintisinə isə 2013-cü ilin əvvəlində başlanılmışdır. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqlarla təchiz edilmişdir.

Binanın foyesində ulu öndər Heydər Əliyevin abidəsi qoyulmuşdur. Burada Ümummilli Liderin, eləcə də Prezident İlham Əliyevin müxtəlif illərdə Xaçmaz rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Muzeyin birinci mərtəbəsində İstiqlal bölməsi yerləşir. Burada dövlətçilik tariximiz dövrlər üzrə əksini tapmışdır. Bu bölmədə İstiqlal tariximizlə bağlı maraqlı eksponatlar toplanmışdır. İkinci Dünya müharibəsinə aid eksponatlardan da zəngin tarixi məlumatlar əldə etmək mümkündür.

Bildirildi ki, İkinci Dünya müharibəsi illərində Xaçmaz rayonundan 8 min 739 nəfər döyüşlərdə iştirak etmişdir. Onlardan 2 min 800-ü həlak olmuş, Moskvanın müdafiəsi döyüşlərində 124 xaçmazlı dünyasını dəyişmişdir. Muzeydə döyüş iştirakçılarına aid döş nişanları, orden və medallar, eləcə də 1945-ci ildə döyüşlərdə istifadə olunan "Makismak" pulemyotu da nümayiş olunur. Bu bölmədə, həmçinin 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinə aid eksponatlar da vardır.

Diqqətə çatdırıldı ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Xaçmaz rayonundan 226 nəfər şəhid olmuşdur. Onlardan biri Milli Qəhrəman adına layiq görülmüşdür.

Müxtəlif tarixi formasiyalar zamanı əhali tərəfindən istifadə edilən pul nümunələrindən ibarət numizmatika guşəsi də muzeyə gələnlərdə maraq doğurur.

Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi də fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilmişdir.

Vurğulandı ki, Xaçmaz rayonunun ərazisində 28 qədim kurqan aşkarlanmışdır. Ehtimal olunur ki, qədim türklərə aid olan kurqanların 4 min il yaşı vardır. Bu da 4 min il əvvəl burada türklərin yaşadığını bir daha sübut edir.

Muzeydə Xaçmazdakı 28 min hektar meşə sahəsi ilə bağlı guşə də yaradılmışdır. Bu bölmədəki dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini və məşğuliyyətini əks etdirir.

Qeyd edildi ki, rayonun Ləcət kəndi ərazisində aparılan qazıntılar zamanı e.ə. I minilliyə aid saxsı küp aşkarlanmışdır. O vaxtlar bu küpdə ərzaq saxlanıldığı ehtimal olunur. Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir.

Muzeydə ideoloji tədris bölməsi də yaradılmışdır. Burada Azərbaycan tarixinə, görkəmli şəxsiyyətlərə və dövlətçiliyimizə həsr edilmiş filmlər nümayiş olunacaqdır. Muzeydə eksponatların bərpası və qorunması məqsədi ilə ayrıca fond-bərpa otaqları da vardır. Gələcəkdə muzeyin birinci mərtəbəsində rəsm qalereyası da yaradılacaqdır.

Tarix-Diyarşünaslıq Muzeyində ayrıca konfrans zalı, fond və digər texniki otaqlar da vardır.

Yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
Rəssam Aida Mahmudovanın ABŞ-da açılan ikinci fərdi sərgisi böyük maraqla qarşılanıb
Rəssam Aida Mahmudovanın ABŞ-da açılan ikinci fərdi sərgisi böyük maraqla qarşılanıb
Azərbaycanda ibtidai icma dövründə baş verən edamla bağlı aparılan tədqiqatın nəticələri açıqlanıb
Azərbaycanda ibtidai icma dövründə baş verən edamla bağlı aparılan tədqiqatın nəticələri açıqlanıb
Loading Bars
Xəbər lenti
AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər aşkarlanıb
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
Döyüş zamanı yoldaşının canı sənə əmanət olur – Vətən müharibəsinin iştirakçısı (FOTO)
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid ailələri ilə görüşüb, məzarlarını ziyarət edib (FOTO)
Türkiyə Braziliyadan uçuşları dayandırır
Belçika koronavirus əleyhinə tədbirləri sərtləşdirilir
Vaşinqtonda yüzlərlə milli qvardiyaçı koronavirusa yoluxdu
Pentaqonun yeni rəhbəri NATO-nun ABŞ üçün əhəmiyyətini vurğuladı
Meksika və ABŞ prezidentləri əməkdaşlığın inkişafını müzakirə ediblər
Kolumbiyanın şərqində neft boru kəməri partladılıb
Vaşinqtonda “20 Yanvar” şəhidlərinin əziz xatirəsi anılıb (FOTO)
İsveçrə məhkəməsi İsrailli iş adamını həbs etdi
ABŞ-da iqtisadi böhran dərinləşir - Bayden
Koronavirus dondurulmuş qida paketlərinin üstundə qala bilər - ÜST
ABŞ KXDR-ə qarşı yeni strategiya hazırlayacaq
ÜST: Dünyada ötən sutka koronavirusa 624 mindən çox yoluxma qeydə alınıb
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək
FK "Barselona" keçmiş baş məşqçi Setyenə təzminat ödəməyəcək
ABŞ-da iqtisadiyyatı stimullaşdırmaq üçün təcili tədbirlər görülməlidir
Azad Rəhimovun komaya düşməsilə bağlı xəbərlər həqiqəti əks etdirmir
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Ombudsmanın 2 saylı istintaq təcridxanasına başçəkmə həyata keçirib
Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanıldı
Məzarlarda qızıl dişlər axtaran ermənilər bütün qəbirləri dağıdıblar - Trend TV Zəngilanda (FOTO)
Abşeronda ikimərtəbəli evdə yanğın olub
Baş Prokurorluq Masallıda əməliyyat keçirdi, baş həkim saxlanıldı
Azərbaycana elektrik və hibrid avtomobillərin gətirilməsi necə stimullaşdırıla bilər?
Qorxu sindromuna tutulan Ermənistan: Böhran, xaos, başlıbaşınalıq... - TƏHLİL
Azərbaycan dünyada ilk dəfə tətbiq edilən yeni texnologiya əsasında sürtkü yağları istehsal edir
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib (FOTO)
Maliyyə Nazirliyi cəbhə bölgəsində olan hərbçilərin maaşlarının azalması iddiası ilə bağlı AÇIQLAMA yayıb
“ADA” Universiteti işğaldan azad olunmuş ərazilərə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
Azərbaycanda 632 nəfər COVID-19-dan sağalıb, 280 nəfər yoluxub, 11 nəfər vəfat edib
Yeniyetmələrdən ibarət seçmə komandaya yeni məşqçi təyinatları olub
Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib (FOTO/VİDEO)
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb
Dövlət Neft Fondunun 2020-ci il üzrə gəlir və xərcləri açıqlandı
Tibb işçilərindən sonra 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanacaq - Ramin Bayramlı
Ovçular nəyə diqqət etməlidir? - Xidmət rəisindən ovçulara XƏBƏRDARLIQ (VİDEO)
Nazir "Ali təhsil haqqında" qanun layihəsinin əsas məqsədlərini açıqlayb
AMEA-da kadr dəyişikliyi olub
"Ali təhsil haqqında" qanunun ilkin variantı hazırlanacaq - Komitə sədri
Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
Rəssam Aida Mahmudovanın ABŞ-da açılan ikinci fərdi sərgisi böyük maraqla qarşılanıb
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layhəsi ilə bağlı geniş videokonfrans keçirilib (FOTO)
Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Dərslər yenidən başlayır: Bağçalar və repetitorluq necə olacaq? - Qısa İZAH
Qlobal vaksin istehsalının 60 faizi Hindistanın payına düşür - Səfir
Texniki Universitetə yeni prorektor təyin olunub (FOTO)
Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi (FOTO)
Şuşa və digər azad olunmuş ərazilərdə xidmət edən hərbçilərdə ruh yüksəkliyi var - Hərbi ekspert
Qarabağın dirçəlişinə dəstək həyat tərzinə çevrilməlidir - Mikayıl Cabbarov
BMqT işğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası layihəsini təklif edib (FOTO)
İşğal altında uzun müddət saxlanılmış torpaqların dirçəldilməsi dövrü başlayır - Fransadakı səfirimiz
Kipr martın 1-dən sərhədləri açır
Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi, qazi Ruhin Əkbərli (VİDEO)
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi (FOTO/VİDEO)
500 manatlıq pul nişanı tədavülə buraxılmayıb - Mərkəzi Bank
Yerevanda aksiya: Müharibədə iştirak etmiş könüllülər etiraz edirlər
Göyçayda 367 nəfər koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
"Azərişıq"da gücləndirilmiş iş rejimi davam etdirilir (VİDEO)
"Ramiz Hacıyev" kran gəmisi əsaslı təmir olunub
“Dostluq” neft yatağı eyni soy kökə malik ölkələrin birgə əməkdaşlığının və dialoqunun simvoludur - Tamam Cəfərova
Son bir ayda ehtiyacı olan qazilərə 600-dən çox reabilitasiya vasitəsi verilib
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Ağdamda işğaldan azad olunan 1 611 hektar ərazidə buğda əkilib (ÖZƏL)
Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib
ADNSU Mingəçevir Dövlət Universitetinin tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir (FOTO)
Zidan koronavirusa yoluxub
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası tıxacların azalmasına təsir edə bilərmi?
ÜST “ASAN Könüllüləri” ilə birlikdə maska paylanma aksiyasına başlayıb (FOTO)
Vaksinlərin COVİD-19-un mutasiyaya uğrayan ştammı üçün effektli olub-olmaması açıqlanıb
Britaniya azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər - Səfir
Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək (MÜSAHİBƏ) (VİDEO)
Gömrükdən dövlət büdcəsinə köçürülən vəsaitin həcmi açıqlandı
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinin qətnaməsinə cavab
“Azərbaycan müəllimi" qəzetinin bugünkü buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub (II hissə)
Azərbaycan gimnastları İsveçrədə Avropa çempionatında iştirak edəcək
Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır
Ukraynada matəm elan edilib
Narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı cinayət işlərinin sayı açıqlandı
"8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi
İşğaldan azad edilmiş ərazilər üçün məqsədli, aktiv məşğulluq proqramları hazırlanır
Samuxda 39.5 kilometrlik yol yenidən qurulub (FOTO)
Binədə 6 evdən oğurluq edən şəxs saxlanıldı
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın növbəti tarixi uğuru
İranda koronavirusdan daha 75 nəfər ölüb
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
27 dövlət əmlakı hərraca çıxarılacaq
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Bütün xəbərlər