Azərbaycan, Bakı, 22 iyul /Trend/
Suriya müxalifətinin yaydığı açıqlamada deyilir ki, hakimiyyət Yermuk istiqamətində kimyəvi silahdan istifadə edib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumatda deyilir ki, açıqlamada internetdə yayılmış görüntülər də diqqətə çatdırılıb.
Suriya müxalifəti fələstinlilərin də yaşadığı Yermuk istiqamətində kimyəvi silahdan istifadədən sonra 15-i boğulmaqla, 22 nəfərin həyatını itirdiyini iddia edir.
Bölgədə internet və sabit telefon xətlərinin kəsildiyini xatırladan müxalifət 100 min nəfərin çarəsiz qaldığı və ölənlərin sayının arta biləcəyini deyib.
Müxalifət həmçinin deyib ki, hakimiyyət 6 aydan artıqdır ki, Yermuka humanitar yardımın gətirilməsinə mane olur.