...

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Siyasət Materials 25 İyul 2013 17:35 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı I Xuan Karlosa başsağlığı verib.
İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İspaniya Kralı I Xuan Karlosa başsağlığı verib.

Başsağlığında deyilir: "Madrid-Ferrol istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində çox sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti