...

Koray Tarqay: Azərbaycanda seçkilərin yüksək səviyyədə keçirilməsi üçün atılan addımlar alqışlanmalıdır

Siyasət Materials 29 İyul 2013 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycanda seçkilərin yüksək səviyyədə keçirilməsi üçün atılan addımlar alqışlanmalıdır. Amma bu hələ tam yetərli deyil. Trend xəbər verir ki, bunu ATƏT-ın Bakı Ofisinin rəhbəri səfir Koray Tarqay bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində çıxışı zamanı bildirib.

Səfir Koray Tarqay Azərbaycanda prezident seçkilərinin uğurla keçəcəyinə ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları da bunun üçün əlverişli baza yaradıb: "Azad və ədalətli seçkilər cəmiyyətin inkişafının önəmli məsələlərindən biridir".

ATƏT rəsmisi atılan addımların Azəraycanda seçkilərin daha yüksək səviyyəyə çatdırılmasına ümid etdiyini bildirib.

Onun fikrincə, bu məsələdə DSK-ın üzərinə böyük məsuliyyət düşür. ATƏT isə öz növbəsndə seçki komissiyalarına dəstək verməkdə davam edəcək.

Koray Tarqay onu da əlavə edib ki, qadınların seçki prosesində fəallığının artırılması xüsusi önəm daşıyır və bu məqsədlə ATƏT-in Bakı Ofisi Prezident Adminstrasiyası və MSK ilə birgə regionlarda işlər aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti