...

Koray Tarqay ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi məsələsinə aydınlıq gətirdi

Siyasət Materials 29 İyul 2013 12:09 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Daimi Şurasına təklif irəli sürdü və orada Azərbaycanın istəklərinə cavab verən bir qərar qəbul olundu.
Koray Tarqay ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Daimi Şurasına təklif irəli sürdü və orada Azərbaycanın istəklərinə cavab verən bir qərar qəbul olundu. İndi o qərar çərçivəsində Anlaşma Memorandumu təsbit ediləcək. Ondan sonra artıq fəaliyyət istiqaməti müəyyənləşəcək. Trend-in məlumatına görə, bu barədə mətbuata ATƏT-in Bakı ofisinın rəhbəri Koray Tarqay təşkilatın Bakı ofisinin statusun dəyişdirilməsinə münasibət bildirərkən deyib.

K.Tarqay bildirib ki, hazırda ad dəyişikliyindən başqa bir şey yoxdur: "Hələlik fəaliyyətimizdə heç bir dəyişiklik yoxdur".

Qarşıdan gələn seçkilərə toxunan Tarqay bildirib ki, seçkilərə hələ xeyli vaxt var: "Lakin artıq MSK ilə birgə fəaliyyət göstəririk. Azərbaycanda sabitlik və sülh hər şeydən önəmlidir, Azərbaycan xalqının mutluluğu önəmlidir. Qanunlara uyğun addımların atılması və Azərbaycanda keçiriləcək seçkilərə kölgə düşməməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Qeyd edək ki, ATƏT-in Bakı ofisi layihələrin əlaqələndiricisi statusunu alıb. Yeni mandat 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Bu mandat çərçivəsində sözü gedən ofis Azərbaycanda layihələri icra etməyə davam edəcək. Ofisin rəhbəri isə layihələrin əlaqələndiricisi olacaq.

ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna XİN başçısı Leonid Kojara bildirib ki, ATƏT-in Bakıdakı layihələrinin əlaqələndiricisi mandatının qəbul edilməsi təşkilatın prinsip və öhdəliklərinin həyata keçirilməsinə istiqamətlənmiş ATƏT və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün vacib addımdır.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti