...

Ədliyyə nazirinin müavini: Prezident seçkilərində cəzaçəkmə müəssisələrində təkcə məhbuslar yox, həmin qurumlarda çalışanlar da iştirak edəcəklər

Siyasət Materials 30 İyul 2013 12:56 (UTC +04:00)
Azərbaycanda keçiriləcək prezident seçkilərində cəzaçəkmə müəssisələrində təkcə məhbuslar yox, eyni zamanda həmin qurumlarda xidmət aparan növbətçi əməkdaşlar və hərbi qulluqçular da səsvermədə iştirak edəcəklər.
Ədliyyə nazirinin müavini: Prezident seçkilərində cəzaçəkmə müəssisələrində təkcə məhbuslar yox, həmin qurumlarda çalışanlar da iştirak edəcəklər

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda keçiriləcək prezident seçkilərində cəzaçəkmə müəssisələrində təkcə məhbuslar yox, eyni zamanda həmin qurumlarda xidmət aparan növbətçi əməkdaşlar və hərbi qulluqçular da səsvermədə iştirak edəcəklər. Trend-in məlumatına görə, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov Mərkəzi Seçki Komissiyasında (MSK) Dairə Seçki Komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda "Seçki prosesində ədliyyə orqanlarının rolu və fəaliyyət istiqamətləri (VVAQ orqanları, notariuslar, Hüquqi Aktların Dövlət Reyestri, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri)" mövzusundakı çıxışı zamanı deyib.

A.Cəfərov bildirib ki, həbs yerlərində, istintaq təcridxanalarında saxlanılan, təqsirləndirilən və cəza çəkən məhbusların səsvermə hüququndan istifadə edərək, səsverməsinin təmin edilməsi ilə bağlı müvafiq addımlar atılır: "Bu yöndə Ədliyyə Nazirliyinin Mərkəzi Seçki Komissiyası və Dairə Seçki Komissiyaları ilə qarşılıqlı fəaliyyət həyata keçirilir".

A.Cəfərov qeyd edib ki, cəzaçəkmə müəssisələrində namizədlərin və onların səlahiyyətli nümayəndələrinin də məhbuslarla görüşlərinə icazə verilir.

Nazir müavini bildirib ki, seçkilər günü cəzaçəkmə müəssisələrində məhbusların səsvermə prosesini izləməsi, işıqlandırılması üçün KİV-ə şəraitin yaradıldığını da bidlirib: "Onların təhlükəsizliyi məsul şəxslər tərəfindən həyata keçirilir. Eyni zamanda Penitensiar Xidmətin rəisi və məsul şəxsləri bu prosesin qanun çərçivəsində icrasının həyata keçirilməsi üçün ezam olunurlar".

A.Cəfərov vurğulayıb ki, 2008-ci ildə keçirilən prezident seçkilərində səsvermə hüququ olan məhbuslardan 17.700 nəfərdən 99,3 faizi öz hüququndan istifadə edərək, bu seçkidə iştirak edib. "Həmin məhbusların - seçicilərin 93,9 faizi də ölkə Prezidenti cənab İlham Əliyevə səs verib. Sonuncu - 2010-cu ildə keçirilən parlament seçkilərində isə 16.603 məhbus-seçicidən 99 faizi öz hüququndan yararlanaraq səsvermədə iştirak edib".

A.Cəfərov həmçinin bidririb ki, Azərbaycanda son illərdə məhkəmə hakimlərinin sayı dəfələrlə artırılıb. Amma bunun özü də hələlik aşağı göstəricidir. Çünki Avropa ölkələri ilə müqayisədə Azərbaycanda hakimlərin sayı 3 dəfə aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti