...

Tərtər rayonunda avtomobil yolunun tikintisi üçün maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 31 İyul 2013 18:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Tərtər rayonunda avtomobil yolunun tikintisi üçün maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Tərtər Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti