Azərbaycan, Bakı, 4 avqust /Trend/
Həsən Ruhani İran prezidenti kimi ilk təyinatını edib. Trend-in İRNA-ya istinadən verdiyi məlumata görə, İranda Prezident Administrasiyasının rəhbəri Mohammad Naxavandian olub.
Məlumatda deyilir ki, Naxavandian ABŞ-ın Corc Vaşinqton adına Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb.
Ekspertlərin fikrincə, bu təyinatla İranın ali hakimiyyət nümayəndələri iqtisadiyyatın inkişaf etdirilməsində və biznes subyektlərilə əlaqələrin qurulmasında maraqlı olduqlarını nümayiş etdirirlər.