...

Türkiyə, Qətər və CAR XİN rəhbərləri Misirdəki vəziyyəti müzakirə ediblər

Siyasət Materials 16 Avqust 2013 12:57 (UTC +04:00)
Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu öz qətərli həmkarı Xalid Ben Məhəmməd Əl-Ətiyə ilə telefon danışığı zamanı Misirdəki vəziyyəti müzakirə edib.
Türkiyə, Qətər və CAR XİN rəhbərləri Misirdəki vəziyyəti müzakirə ediblər

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir A. Tağıyeva/

Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu öz qətərli həmkarı Xalid Ben Məhəmməd Əl-Ətiyə ilə telefon danışığı zamanı Misirdəki vəziyyəti müzakirə edib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən bildirib.

Məlumatda bildirilir ki, telefon danışığının gedişi zamanı tərəflər Misirin keçmiş prezidenti Məhəmməd Mursi tərəfdarlarına qarşı davam edən zorakılıq barədə fikir mübadiləsi aparıblar.

Bundan əlavə Davudoğlu Cənubi Afrika Respublikasının xarici işlər naziri Maite Nkona-Maşabane və Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla da telefon danışığı aparıb. Danışıqlar zamanı dünya birliyinin, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Misirdəki zorakılığın dayandırılması üçün əlindən gələn hər şeyi etməli olduğu barədə razılıq əldə olunub.

Misir ordusu dünən səhərdən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.

Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 1500-ə yaxın insan həyatını itirib, minlərlə insan isə yaralanıb.

Rəsmi məlumatlarda isə qarşıdurma nəticəsində 638 nəfərin öldüyü, mindən artıq insanın isə yaralandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti