Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycanda keçirilən hər bir seçkini yerində izləyirik və məqsədimiz seçkilərin demokartik keçirilməsi istiqamətində Azərbaycana yardım etməkdir. Trend-in məlumatına görə, ATƏT-in Bakı Ofisinın rəhbəri Koray Tarqay Bakıda cümə günü "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.
K.Tarqay bildirib ki, ATƏT yardımçılıq fəaliyyətini Azərbaycanın dövlət qurumları ilə birgə həyata keçirir. Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkilərinə beynəlxalq qurumlar tərəfindən böyük diqqət göstərilir.
K.Tarqay qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 310 peşəkar müşahidəçisi Azərbaycandakı prezident seçkisi prosesini izləyəcək.
ATƏT rəsmisi deyib ki, bu günədək uğurlu inkişaf edən Azərbaycanın qarşısında daha böyük vəzifələr durur. Onun sözlərinə görə, Azərbaycanın gələcək rifahı demokratik cəmiyyət quruculuğundan keçir və prezident seçkiləri bu prosesin uğurla aparılmasına bir sübut olacaq.
Qeyd edək ki, Azərbaycanda prezident seçkisi oktyabrın 9-da keçiriləcək.
Koray Tarqay: Azərbaycanda keçiriləcək prezident seçkilərinə beynəlxalq qurumlar tərəfindən böyük diqqət göstərilir
Azərbaycanda keçirilən hər seçkiləri yerində izləyirik və məqsədimiz seçkilərin demokartik keçirilməsi istiqamətində Azərbaycana yardım etməkdir. Trend-in məlumatına görə, ATƏT-in Bakı ofisinın rəhbəri Koray Tarqay Bakıda cümə günü "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.
