...

Ərəstun Mehdiyev: Azərbaycan hakimiyyətinin siyasi iradəsi imkan verir ki, ölkəmizdə prezident seçkiləri demokratik keçsin

Siyasət Materials 23 Avqust 2013 12:42 (UTC +04:00)
Azərbaycan artıq seçkilərin keçirilməsi sahəsində kifayət qədər böyük təcrübə qazanıb. İstər Mərkəzi Seçki Komissiyası və onun qurumları, istər dövlət orqanları, icra strukturları bu sahədə artıq kifayət qədər yerl və beynəlxalq təcrübəyə malikdirlər.
Ərəstun Mehdiyev: Azərbaycan hakimiyyətinin siyasi iradəsi imkan verir ki, ölkəmizdə prezident seçkiləri demokratik keçsin

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan artıq seçkilərin keçirilməsi sahəsində kifayət qədər böyük təcrübə qazanıb. İstər Mərkəzi Seçki Komissiyası və onun qurumları, istər dövlət orqanları, icra strukturları bu sahədə artıq kifayət qədər yerl və beynəlxalq təcrübəyə malikdirlər. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Bakıda cümə günü "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.

Ə.Mehdiyevin sözlərinə görə, Azərbaycan hazırda çox mühüm siyasi proseslər mərhələsinə qədəm qoyub və oktyabrın 9-da prezident seçkiləri keçiriləcək: "Məlumdur ki, prezident seçkiləri növbəti beş ildə Azərbaycandakı inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirmək üçün özünün mövqeyini və iradəsini ifadə etmək və qərar vermək şansı yaradır. Bu baxımdan prezident seçkiləri Azərbaycanın sosial-iqtisadi həyatında da çox mühüm bir hadisədir. İndiyə qədər Azərbaycanda keçirilən seçkilər prosesində qazanılmış təcrübə və səriştə, bu prosesə cəlb olunmuş insanların peşəkarlığı imkan verəcək ki, qarşıdan gələn prezident seçkilərini də lazımi səviyyədə keçirək".

Onun sözlərinə görə, digər tərəfdən ölkədə bunun üçün yaradılmış şərait, cənab Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyətinin siyasi iradəsi və bu sahədə gördüyü zəruri tədbirlər də imkan verir ki, ölkəmizdə növbəti prezident seçkilərini azad, demokratik, şəffaf şəkildə, istər milli qanunvericiliyə, istərsə də beynəlxalq standartlara uyğun şəkildə, mütəşəkkil surətdə həyata keçirək: "Azərbaycan bu sahədə beynəxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir. Xüsusuilə, ATƏT ilə həyata keçirilən seminarlar və tədbirlər seçkilərin yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti