...

Əli Həsənov: Təəssüf ki, Azərbaycandakı müxalifət özünü çoxdan rüsvay edib

Siyasət Materials 30 Avqust 2013 13:29 (UTC +04:00)
Təəssüf ki, Azərbaycandakı müxalifət özünü çoxdan rüsvay edib. Güclü iqtidar qarşısında güclü müxalifət olmalıdır. Bu müxalifət çoxdan siyasi arenadan getməli və öz yerini daha güclü siyasi qurumlara verməli idi.
Əli Həsənov: Təəssüf ki, Azərbaycandakı müxalifət özünü çoxdan rüsvay edib

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İ.İzzət/

Təəssüf ki, Azərbaycandakı müxalifət özünü çoxdan rüsvay edib. Güclü iqtidar qarşısında güclü müxalifət olmalıdır. Bu müxalifət çoxdan siyasi arenadan getməli və öz yerini daha güclü siyasi qurumlara verməli idi. Azərbaycan iqtidarı öz qarşısında güc hiss etməliydi, iqtidar da daha yaxşı çalışmalı, daha yaxşı işləməli idi. Lakin bu baş vermədi. Çünki müxalifətdə oturanlar öz yerlərini əldən vermək istəmirlər.

Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qubadlı rayonunun Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmasının 20-ci ildönümü ilə bağlı keçirilən anım tədbirində bildirib.

Baş nazirin müavinin sözlərinə görə, müxalifət öz bacarıqsızlığı ilə özünü rüsvay edir: "Müxalifətdə uzun illərdir oturanlar qrant alıb öz dolanışıqlarını təmin edirlər. Öz içlərindən olan güclü müxalifətə də yol vermirlər. Biz onların yerinə utanc hissi keçiririk. Adicə bir namizəd məsələsində nə günə düşdüklərinin şahidi olduq. Bir namizəd ortaya çıxara bilmədilər. İndi bir abırlı-həyalı elm adamını ortaya salıblar. Onu da rüsvay edəcəklər. O insan normal insandır, onu da gətirib siyasətə salıblar. Bax, budur bunların iç üzü..."

Baş nazirin müavini əminliklə qeyd edib ki, Azərbaycan xalqı seçkilərdə yenidən öz düzgün seçimini edəcək və işğal altında olan torpaqlar İlham Əliyevin rəhbləriyi altında azad ediləcək: "Bu il seçki ilidir. Hər kəs seçki məntəqəsinə gedərək, layiqli namizədə səs verəcək. Həmçinin öz gələcəyinə səs verəcək. Biz demirik kimə səs verin. Hər kəs özü bilər kimə səs verəcək. Cənab İlham Əliyevin kiminsə köməyinə ehtiyacı yoxdur. Biz isə sizinlə birlikdə hələ uzun müddət bu işlərlə məşğul olacağıq, ölkə rəhbərinin rəhblərliyi altında bu işləri görəcəyik, onun rəhbərliyi altında biz sizinlə Qubadlıya gedəcəyik, onun rəhbərliyi altında biz qələbəmizi Qubadlı torpağında qeyd edəcəyik. Buna biz ümid edirik, tam əminik ki, bu, baş verəcək."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti