...

Yerevanda Ermənistanın Gömrük İttifaqına qoşulmasına etiraz olaraq aksiya keçirilir

Siyasət Materials 4 Sentyabr 2013 15:46 (UTC +04:00)
Yerevanda Prezident Administrasiyasının inzibati binası qarşısında Ermənistanın Gömrük İttifaqına qoşulması əleyhinə keçirilən etiraz aksiyasında 100-dən artıq insan iştirak edir.
Yerevanda Ermənistanın Gömrük İttifaqına qoşulmasına etiraz olaraq aksiya keçirilir

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Yerevanda Prezident Administrasiyasının inzibati binası qarşısında Ermənistanın Gömrük İttifaqına qoşulması əleyhinə keçirilən etiraz aksiyasında 100-dən artıq insan iştirak edir.

Trend-in çərşənbə günü Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları "Ruslar, çıxın gedin", "SSRİ-yə dönüş yoxdur" şüarları səsləndirirlər.

Marşal Baqramyan prospektini bağlamağa cəhd edən bir neçə şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti