...

Aİ rəsmi Yerevandan Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı izahat gözləyir

Siyasət Materials 4 Sentyabr 2013 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Avropa ittifaqı (Aİ) rəsmi Yerevandan Ermənistanın Rusiyanın təşəbbüs göstərdiyi Gömrük İttifaqına daxil olması məsələsinə aydınlıq gətirməsini gözləyir. Trend-in Ermənistan KİV-ə istinadən məlumat verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun nümayəndəsi deyib.

K.Eştonun mətbuat katibi Mayya Kosyançiç Brüsseldə jurnalistlərə açıqlamasında bildirib: "Biz Ermənistandan izahat gözləyirik və bundan sonra bu hadisənin hansı nəticələrə gətirib çıxaracağını qiymətləndirə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti