Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir S.Ağayeva/
GUAM-a üzv ölkələrin milli əlaqələndiriciləri Kiyevdə qarşılıqlı siyasi fəaliyyət, parlamentlərarası əməkdaşlıq, sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə cümə axşamı Trend-ə GUAM Katibliyindən məlumat verilib.
Milli Əlaqələndiricilər Şurası, habelə hüquq mühafizə və çirkli pulların yuyulması ilə mübarizə sahələrində, həmçinin cinayət yolu ilə əldə edilmiş gəlirlərin aşkar edilməsi və müsadirə edilməsi sahəsində qarşılıqlı fəaliyyət məsələlərini, hüquqi statistika, kibercinayətkarlıqla mübarizə, fövqəladə hallara reaksiya, enerji, iqtisadiyyat və ticarət məsələlərini nəzərdən keçirib.
Bundan əlavə, GUAM-Yaponiya, GUAM-ABŞ və GUAM-Sakit okean Alyansı əməkdaşlığı məsələləri müzakirə edilib və BMT Baş Assambleyası çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 21-ci iclasının sənədlər layihəsi razılaşdırılıb.
Milli Əlaqələndiricilər Şurası növbəti iclası bu ilin noyabrında Kiyevdə keçirmək barədə razılığa gəlib.