...

MSK sədri prezidentliyə namizədlərə çağırış etdi

Siyasət Materials 16 Sentyabr 2013 13:29 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qeydə alınmış namizədləri pulsuz efir vaxtı müzakirələr zamanı şəxsiyyəti alçaldan çıxışlar etməməyə çağırıb.
MSK sədri prezidentliyə namizədlərə çağırış etdi

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qeydə alınmış namizədləri pulsuz efir vaxtı müzakirələr zamanı şəxsiyyəti alçaldan çıxışlar etməməyə çağırıb.

Trend-in məlumatına görə, MSK-nın iclasında M.Pənahov qeyd edib ki, namizədlər öz vaxtlarından səmərəli istifadə etməli, seçki qanunvericiliyinə əməl edərək siyasi debatlara üstünlük verməlidirlər.

Müzakirələr zamanı aparıcının sözlərinə əməl etməyin vacibliyini vurğulayan M.Pənahov qeyd edib ki, namizədlər və onların səlahiyyətli nümayəndələri ayrılan efir vaxtı zamanı etik qaydalara riayət etməlidirlər: "Yaxşı olardı ki, debatda müzakirə olunacaq mövzuları səlahiyyətli nümayəndələr müəyyənləşdirsinlər. Biz buna müdaxilə edə bilmərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti