Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay hesab edir ki, Azərbaycanda prezidentliyə namizədlərin sənədlərinin qəbulu, yoxlanması və təsdiqi şəffaf şəkildə aparılıb.
Trend-in məlumatına görə, K.Tarqay cümə günü jurnalistlərə bildirib ki, təmsil etdiyi təşkilat rayonlarda da çoxlu işlər görüb və bütün icra hakimiyyətlərinin rəhbərləri ilə görüşlər keçirilib: "Eyni zamanda 125 seçki dairəsinin sədrləri ilə danışıqlarımız olub".
K.Tarqay ümid etdiyini bildirib ki, Azərbaycanda dünyaya nümunə kimi göstərilə biləcək prezident seçkiləri keçiriləcək.
Səfir əlavə edib ki, Azərbaycanda namizədlərin seçicilərlə görüşmələri üçün də hər cür şərait yaradılıb, yerlər ayrılıb.