...

Çexiya XİN: Azərbaycan uğurla inkişaf edir

Siyasət Materials 24 Sentyabr 2013 16:12 (UTC +04:00)
Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən Fəxrəddin Mirzəyevin Azərbaycanın Çexiyanın Karlovı Varı şəhərində fəxri konsulu vəzifəsinə təyin olunması və onun fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.
Çexiya XİN: Azərbaycan uğurla inkişaf edir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın Çexiyadakı səfirliyi tərəfindən Fəxrəddin Mirzəyevin Azərbaycanın Çexiyanın Karlovı Varı şəhərində fəxri konsulu vəzifəsinə təyin olunması və onun fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən səfir Tahir Tağızadə Çexiya və Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin, son illər ərzində iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib və bunun göstəricisi kimi Karlovı Varı şəhərində ölkəmizin fəxri konsulunun təyin olunmasını xüsusi qeyd edib.

Mərasimdə iştirak edən Çexiyanın xarici işlər naziri Yan Kohout Çexiya-Azərbaycan əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu bildirib və Fəxri konsulluğun açılmasından sonra iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb. Həmçinin nazir qeyd edib ki, Çexiyanın bəzi sabiq yüksəkvəzifəli məmurlarının şəxsi fikirlərinə baxmayaraq, bu gün Azərbaycan uğurla inkişaf edir.

Y.Kohout F.Mirzəyevi fəxri konsul vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, Çexiya tərəfinin ekzekvaturasını ona rəsmi olaraq təqdim edib.

F.Mirzəyev xarici işlər nazirinə və Çexiya tərəfinə təşəkkürünü bildirib və iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səy göstərəcəyini vurğulayıb.

Tədbirdə Çexiya parlamentinin senatorları, deputatları, xarici işlər nazirinin müavini Tomaş Dub, sənaye və ticarət nazirinin müavini Martin Hovorka, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hinek Kmoniçek, XİN-in Diplomatik protokol departamentinin direktoru Tomaş Pernitski, iş adamları, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti