...

Pakistanda baş verən zəlzələdə ölən və zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur

Siyasət Materials 25 Sentyabr 2013 10:58 (UTC +04:00)
Pakistanda baş verən zəlzələ nəticəsində ölən və zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.
Pakistanda baş verən zəlzələdə ölən və zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir S.Ağayeva/

Pakistanda baş verən zəlzələ nəticəsində ölən və zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə çərşənbə günü Trend-ə açıqlamasında Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.

Bu barədə məlumatı Pakistanın müvafiq orqanlarından səfirliyə təsdiqləyiblər.

Diplomatın sözlərinə görə, zəlzələ baş verən regionda həmvətənlərimiz yaşamırlar.

Xatırladaq ki, çərşənbə günü Çinin "Sinxua" agentliyinin yerli hakimiyyət nümayəndələrinə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində 7,7 bal gücündə baş verən zəlzələ nəticəsində son məlumatlara görə 208 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti