...

Ermənistanda uşaq bağçasının ölkə rəhbərlərinin iştirakı ilə iki dəfə açılışı olub

Siyasət Materials 27 Sentyabr 2013 17:28 (UTC +04:00)
Ermənistanda Dünya Bankı (DB) tərəfindən ayrılan kredit vəsaiti hesabına tikilən uşaq bağçasının Baş nazir Tiqran Sarkisyan və Prezident Serj Sarkisyanın iştirakı ilə müxtəlif vaxtlarda iki dəfə açılışı olub.
Ermənistanda uşaq bağçasının ölkə rəhbərlərinin iştirakı ilə iki dəfə açılışı olub

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistanda Dünya Bankı (DB) tərəfindən ayrılan kredit vəsaiti hesabına tikilən uşaq bağçasının Baş nazir Tiqran Sarkisyan və Prezident Serj Sarkisyanın iştirakı ilə müxtəlif vaxtlarda iki dəfə açılışı olub. Trend-in məlumatına görə, bu barədə Ermənistanın "Qraparak" qəzeti xəbər yayıb.

Məqalədə bildirilir: "Ermənistanda vəziyyət o qədər pisləşib ki, bir obyektin açılışını iki dəfə edirlər. Məlum olub ki, söhbət Ermənistanın Ararat əyalətinin Ayntap kəndindəki uşaq bağçasından gedir. Belə ki, bağçanın birinci dəfə açılış mərasimi Ermənistanın Baş naziri Tiqran Sarkisyan və vilayət rəhbəri Edik Barseqyanın iştirakı ilə avqust ayının əvvəlində baş tutub. Uşaq bağçasının növbəti dəfə açılışı Ermənistan Prezidentinin əyalət rəhbəri Edik Barseqyanın müşayiəti ilə ötən gün Ararat və Vayoçdzor əyalətlərinə səfəri zamanı baş tutub".

Nəşr bildirir ki, bu uşaq bağçası beynəlxalq təşkilatlar, xüsusilə Dünya Bankı tərəfindən ayrılan kredit vəsaitləri hesabına tikilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti