...

MSK "Azadlıq" radiosunun Azərbaycanda prezident seçkiləri ərəfəsində bir namizədin seçki təşviqatını aparması məsələsinə münasibət bildirib

Siyasət Materials 2 Oktyabr 2013 12:32 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK)"Azadlıq" radiosunun Azərbaycanda prezident seçkiləri ərəfəsində qanunazidd şəkildə bir namizədin seçki təşviqatını aparması məsələsinə münasibət bildirib.
MSK "Azadlıq" radiosunun Azərbaycanda prezident seçkiləri ərəfəsində bir namizədin seçki təşviqatını aparması məsələsinə münasibət bildirib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyası (MSK) "Azadlıq" radiosunun Azərbaycanda prezident seçkiləri ərəfəsində qanunazidd şəkildə bir namizədin seçki təşviqatını aparması məsələsinə münasibət bildirib.

Trend-in məlumatına görə, "Seçki prosesində KİV nümayəndələrinin fəaliyyətinin əsasları, onların hüquqları, vəzifələri və məsuliyyətləri" mövzusunda konfransda bu barədə suala cavab verən MSK sədrinin müavini Natiq Məmmədov qeyd edib ki, kənardan idarə olunan bəzi mətbuat qurumları seçki prosesində hansısa bir inadcıllıq nümayiş etdirirlər.

N.Məmmədov bildirib ki, qanunlar seçki prosesində təşviqat üçün prinsiplər müəyyən edir və eyni zamanda qadağalar qoyur.

N.Məmmədov bildirib ki, MSK "Azadlıq" radiosuna bununla bağlı etirazını bildirib və müəyyən araşdırmalar aparılır.

MSK sədrinin müavini əlavə edib ki, Azərbaycan bu məsələlərdə cəza prinsipindən çox tərbiyə prinsipinə üstünlük verir. N.Məmmədov əlavə edib ki, əgər hansısa xarici mətbuat hansısa namizədin təşviqatını aparırsa, həmin namizəd daha çox məsuliyyət daşıyır: "Əgər həmin namizəd bu qanunsuz təşviqat hesabına rəğbət qazanırsa, bu onun namizədliyinin ləğv olunması üçün şərait yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti