...

Türkiyə parlamenti Suriyada hərbi əməliyyatların keçirilməsi mandatının müddətini 1 il uzadıb

Siyasət Materials 3 Oktyabr 2013 21:36 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisi Suriyada hərbi əməliyyatların keçirilməsi mandatının müddətini 1 il uzadıb. Trend-in məlumatına görə, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Türkiyə parlamenti Suriyada hərbi əməliyyatların keçirilməsi mandatının müddətini 1 il uzadıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Türkiyə Böyük Millət Məclisi Suriyada hərbi əməliyyatların keçirilməsi mandatının müddətini 1 il uzadıb. Trend-in məlumatına görə, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, qanun layihəsinin lehinə Millətçi Hərəkat Partiyası, əleyhinə isə Respublika Xalq Partiyası səs verib.

Qeyd edək ki, bu mandat hökumətə oktyabrın 4-də Türkiyənin Suriya ilə sərhəd olan ərazilərdəki vətəndaşlarını müdafiə etmək üçün verilib.

Xatırladaq ki, Suriyada 2 ildən artıq bir müddətdir ki, hökumət və müxalifət qüvvələri arasında silahlı qarşıdurmalar gedir. BMT-nin məlumatına görə, münaqişə nəticəsində 110 mindən artıq insan vəfat edib.

Xəbər lenti

Xəbər lenti