Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir S.Ağayeva/
MDB İcraiyyə Komitəsinin sədri - təşkilatın icraçı katibi Serqey Lebedevin rəhbərliyi ilə təşkilatın qısamüddətli müşahidəçilər missiyası Azərbaycana gəlib. Bu barədə Trend-ə bazar ertəsi missiyanın qərargahından bildirilib.
Qərargahdan deyilib ki, missiya rəhbəri öz işinə bazar ertəsi səhər saatlarında başlayıb. Onun iş proqramına ölkədə seçkiöncəsi vəziyyətin öyrənilməsi, rəsmi şəxslər, prezidentliyə namizədlərlə görüşlər daxildir.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.