...

Avstraliyada yaşayan azərbaycanlılar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər

Siyasət Materials 7 Oktyabr 2013 16:40 (UTC +04:00)
Avstraliyada yaşayan azərbaycanlılar 9 oktyabrda keçiriləcək prezident seçkilərində ulu öndər Heydər Əliyevin layiqli davamçısı, apardığı uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı regionda və dünyada inamlı tərəfdaşa, Azərbaycanın beynəlxalq təsisatlar səviyyəsində digər dövlətlərin hesablaşdığı dövlətə çevirən və ölkə əhalisinin gələcəyinin etibarlı qarantı olan Prezident İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər
Avstraliyada yaşayan azərbaycanlılar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Avstraliyada yaşayan azərbaycanlılar 9 oktyabrda keçiriləcək prezident seçkilərində ulu öndər Heydər Əliyevin layiqli davamçısı, apardığı uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı regionda və dünyada inamlı tərəfdaşa, Azərbaycanın beynəlxalq təsisatlar səviyyəsində digər dövlətlərin hesablaşdığı dövlətə çevirən və ölkə əhalisinin gələcəyinin etibarlı qarantı olan Prezident İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər. Bu barədə Trend-ə "Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi"ndən məlumat daxil olub.

Bəyanatda qeyd olunub: "Ötən dövr ərzində Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən diaspor fəaliyyətinin genişləndirilməsi və gücləndirilməsinə göstərilən dəstək sayəsində biz artıq haqq səsimizi istənilən səviyyədə ucaltmağa malik olan yetkin diaspor təşkilatına çevrilmişik. Sözsüz ki, bütün bunlar Azərbaycanda bərqərar olan iqtisadi-siyasi sabitliyin, demokratik cəmiyyət quruculuğunun, ölkənin geostrateji mövqeyindən düzgün istifadənin və bütün bunların səbəbkarı olan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin məntiqi nəticəsidir".

Məlumatda qeyd olunub ki, hazırda Azərbaycan və Avstraliya İttifaqı arasında qarşılıqlı münasibətlər bütün sahələrdə yüksək templə inkişaf etməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 yanvar 2013-cü il tarixli sərəncamı ilə Rövşən Cəmşidov müstəqil Azərbaycanın Avstraliyadakı ilk fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş, bundan sonrakı qısa zaman kəsiyində səfirlik və konsulluq paytaxt Kanberra şəhərində fəaliyyətə başlamışdır. Diplomatik nümayəndəliyin açılması Avstraliyada yaşayan azərbaycanlılara müvafiq xidmətlərin göstərilməsini təmin etməklə yanaşı, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi, Azərbaycanın turizm potensialının təbliği və son dövrlərdə fəallaşan erməni lobbisinin ölkəmiz, xüsusən də Dağlıq Qarabağ münaqişəsi barədə apardığı yalan məlumat kampaniyasına qarşı mübarizəyə böyük töhfə vermişdir.

Bundan başqa, "Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi"nin təşəbbüsü və yaxından iştirakı ilə son illər ərzində Avstraliyada fəaliyyət göstərən Erməni Milli Komitəsinin apardığı anti-Azərbaycan lobbiçilik fəaliyyətinin qarşısının alınması istiqamətində ciddi addımlar atılmış, parlament və hökumət nümayəndələrinin məlumatlandırılması üçün müvafiq işlər həyata keçirilmişdir. Bütün aparılan işlərdə yerli Azərbaycan icması ilə yanaşı, Azərbaycan hökuməti də hər cür lazımi dəstəyi göstərmişdir.

Qeyd edək ki, 1992-ci ildə İmamətdin Qasımov tərəfindən "Azərbaycan Cəmiyyəti" adı altında təsis edilən "Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi" Avstraliyada azərbaycanlıların daha çox cəmləşdiyi Yeni Cənubi Uels ştatının paytaxtı Sidney şəhərində digər türk əsilli xalqların təmsilçiləri ilə sıx əməkdaşlıq şəraitində bu ölkədə yaşayan azərbaycanlılar və yerli ictimaiyyət nümayəndələri arasında əlaqələndirici və təşkilatlandırıcı qurum kimi fəaliyyət göstərir.

Bundan başqa, təşkilatın yaxından dəstəyi və iştirakçılığı ilə 1993-cü ildən 2000 FM Radio stansiyasında 98.5 MHz tezliyində və internetlə efirə çıxan "Azərbaycanın səsi" (Voice of Azerbaijan) radiosu artıq 20 ildir ki, həftənin hər bazar ertəsi dinləyiciləri Azərbaycanın sosial-siyasi həyatında baş verən hadisələr barədə məlumatlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti