...

London Tehranla əlaqələrini yaxşılaşdırmağa cəhd göstərir

Siyasət Materials 9 Oktyabr 2013 03:20 (UTC +04:00)
Böyük Britaniya və İran diplomatik əlaqələrin qurulmasına cəhd göstərəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyq deyib.
London Tehranla əlaqələrini yaxşılaşdırmağa cəhd göstərir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Böyük Britaniya və İran diplomatik əlaqələrin qurulmasına cəhd göstərəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyq deyib.

İranın xarici işlər nazirilə görüş keçirmiş britaniyali nazir bildirib ki, London Tehranın idarəçilik kursunda dəyişikliyin olmasına inanır və buna görə də birbaşa əlaqələr qurmağa hazırdır.

"Biz ölkələrimiz arasında əlaqələrin yaxşılaşdırılması üçün inamlı addımlar atmalı, ilkin olaraq, səfirliklərin açılmasını və dialoqun qurulmasını təmin etməliyik" - deyə Heyk vurğulayıb.

Nazir deyib ki, İranın XİN rəhbərilə iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılması üçün imkanlar dəyərləndirilməlidir.

Xəbər lenti

Xəbər lenti