...

Beynəlxalq müşahidəçilər Azərbaycanın bölgələrində yüksək seçici fəallığını qeyd edirlər

Siyasət Materials 9 Oktyabr 2013 14:39 (UTC +04:00)
Azərbaycanın regionlarında da prezident seçkilərində səsvermə zamanı yüksək seçici fəallığı müşahidə edilir.
Beynəlxalq müşahidəçilər Azərbaycanın bölgələrində yüksək seçici fəallığını qeyd edirlər

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir A. Bədəlova/

Azərbaycanın regionlarında da prezident seçkilərində səsvermə zamanı yüksək seçici fəallığı müşahidə edilir. Bu barədə fransalı müşahidəçilər bildiriblər.

Qubada olan Fransa Senatının müşahidəçilər missiyasının üzvü çərşənbə günü Trend-ə deyib ki, hazırda regionda seçicilərin təqribən 40 faizi səs verib və bu da yaxşı göstəricidir.

Azərbaycanda prezident seçkilərini izləyən Fransa Senatının müşahidəçilərdən ibarət nümayəndə heyəti oktyabrın 6-dan 11-dək Azərbaycanda olacaq. Beş senatordan ibarət nümayəndə heyəti Qubadadır, Fransanın altı şəhərinin merləri isə Naftalanda seçki prosesini izləyirlər.

Fransa nümayəndə heyətini üzvlərinin qənaətincə, səsvermə texniki baxımdan şəffaf görünür, səsvermənin özü isə sakit və dinc şəraitdə keçir.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti