...

Çexiyalı müşahidəçi: Azərbaycanda seçkilər şəffaf və beynəlxalq standarlara uyğun keçirilir

Siyasət Materials 9 Oktyabr 2013 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.Mehdiyev/

"Tam əminliklə deyə bilərəm ki, seçkilər şəffaf və beynəlxalq standarlara uyğun şəkildə keçirilir".

Trend-in məlumatına görə, bu barədə Azərbaycanda prezident seçkilərini müşahidə edən, Çexiya və Moraviya Kommunist Partiyasının sədri, ölkə parlamentin sədrinin sabiq müavini Voyteç Filip jurnalistlərə deyib:

"Mən Azərbaycanda bir çox seçki məntəqələrində oldum və həmin məntəqələrdə apardığım müşahidələrə görə deyə bilərəm ki, orada hər şey peşəkar səviyyədə təşkil olunmuşdu, heç bir problemlə rastlaşmamışıq".

Eyni zamanda, yerli müşahidəçilər və seciçilərlə söhbətlər etdiyini deyən V.Filip qeyd edib ki, seçkilər demokratik və qanunauyğun formada keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti