Əli Həsənov: Məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır

Əli Həsənov: Məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Böyük Britaniyanın nüfuzlu "The Busines Year" jurnalı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdan prezident seçkiləri ərəfəsində müsahibə almışdır.

Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, ölkədə seçkilərə hazırlığın gedişi ilə bağlı fikirlərini bölüşən Əli Həsənov demişdir ki, seçicilər üçün ən vacib məsələ prezident seçkiləri prosesinin demokratik təşkilidir. Seçki kampaniyasına təsir göstərən iqtisadi siyasət, xarici məsələlər və ictimai inkişaf kimi bir çox amillər mövcuddur. Amma bütün bu amillərin mərkəzində seçicilərin hazırkı vəziyyəti saxlamaq və bu istiqamətdə irəliləmək və ya dəyişikliyi seçmək hüququ dayanır. Əgər onlar bu xətlə irəliləmək istəyirlərsə Prezident İlham Əliyevə səs verəcəklər. Əgər dəyişikliyi seçərlərsə onlara 9 alternativ təqdim olunur. Bununla belə, müstəqil tədqiqatlar göstərir ki, seçicilərin 80 faizi Prezident İlham Əliyevin hakimiyyətdə qalmalı olduğunu düşünür. Bu, Prezidentin Azərbaycanı beynəlxalq səviyyəyə qaldırmasının, xalq üçün dinamik və bərabər inkişafla nəticələnən ictimai-iqtisadi siyasətin və qlobal məsələlərdə ölkənin rolunun artmasının nəticəsidir.

"Azərbaycanda seçki prosesinin şəffaflığının artırılması üçün hansı addımlar atılır" sualının cavabında Prezident Administrasiyasının rəsmisi demişdir ki, bu il biz ölkədəki hər 5 seçki məntəqəsindən birində, təxminən 5000 məntəqənin minində veb-kameralar quraşdırılmışdır. Bu veb-kameralar həm səsvermə, həm səslərin hesablanması, həm də son nəticələrin təsdiq olunması prosesini qeydə almağa imkan verəcəkdir. Dünyanın istənilən yerindən hər kəs seçki prosesini izləyə biləcəkdir. Bundan əlavə, seçki prosesini izləmək üçün dünyanın müxtəlif ölkələrindən və beynəlxalq qurumlardan çoxsaylı müşahidəçi qeydiyyatdan keçmişdir. Seçicilər hər seçki məntəqəsində 30-40 yerli və xarici müşahidəçinin gözləri qarşısında səs verəcəklər. Seçki qutuları da şəffafdır. Yəni, kənardan seçki bülletenlərini görmək mümkündür. Biz, həmçinin yerli və beynəlxalq mətbuat orqanlarının nümayəndələrini seçki prosesini yaxından müşahidə etməyə və nəticələri vaxtında dünyaya çatdırmağa dəvət etmişik. Şəffaflığı təmin etmək üçün əlimizdən gələni etmişik.

Əli Həsənov "ötən seçkilərdən bəri demoqrafik və iqtisadi dəyişikliklər seçicilərin dinamikasına necə təsir göstərib" sualının cavabında demişdir: "Ötən seçkilərdən bəri Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, mədəni və ictimai cəhətdən də əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bundan başqa, Azərbaycanın inkişafı coğrafi cəhətdən bütün ölkəni əhatə etmişdir. Yəni, iqtisadi inkişaf nəticəsində regionlarda da həyat şəraiti xeyli yaxşılaşmışdır.

Ölkədə informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini vurğulayan Əli Həsənov demişdir ki, seçicilər seçkilərlə bağlı hər bir məsələni internetdən, televiziyalardan, smartfonlardan izləyə bilirlər. Bu, Azərbaycanda səsvermənin və seçki prosesinin təkmilləşdirilməsi deməkdir.

"Siyasi sabitlik Azərbaycanın uğurlu iqtisadi inkişaf modelində necə rol oynamışdır" sualının cavabında Prezident Administrasiyasının şöbə müdiri demişdir: "Siyasi sabitlik olmayan yerdə biz sərmayələrdən danışa bilmərik. Yerli və beynəlxalq sərmayədarlar bu məsələni dərindən araşdırır, çünki sərmayə yatırılmasındakı əsas risklərdən biri kimi sərmayədarlar ilk olaraq bu sahəyə nəzər salırlar. Son 10 il ərzində Azərbaycanda möhkəm siyasi sabitlik bərqərar olmuşdur. Bundan əlavə, biznes mühiti də liberallaşdırılmışdır. Bu, Azərbaycana iqtisadi və maliyyə cəhətdən inkişaf etməyə, həmçinin müxtəlif sektorlara beynəlxalq sərmayədarları cəlb etməyə imkan yaratmışdır. Xarici sərmayələr də daxil olmaqla son 10 il ərzində Azərbaycana 150 milyard ABŞ dolları məbləğində vəsait yatırılmışdır. Son beş ildə təxminən 20-25 milyard dollar sərmayə yatırılmasına nail olunmuşdur. Bu sərmayələrin çoxu ABŞ, Avropa və digər ölkələrin sərmayədarları tərəfindən yatırılmışdır. Bunun əsas səbəblərindən biri ölkəmizdəki siyasi sabitliyin getdikcə daha da güclənməsidir. Azərbaycanın inkişafının mərkəzində məhz siyasi sabitlik dayanır".

Müəllifin müstəqil rəy sorğularına əsasən seçicilərin 80 faizindən çoxunun Prezident İlham Əliyevi dəstəkləməsinin nə ilə əlaqədar olduğunu və dövlətimizin başçısının son prezidentlik dövründə əsas nailiyyətlərinin hansılar olduğu barədə sualına Əli Həsənov belə cavab vermişdir: "Prezident İlham Əliyev hakimiyyətdə olduğu son 10 ildə xalqın ehtiyac və tələblərinə yüksək diqqət göstərmişdir. O, inkişaf üçün dövlətin nəyə ehtiyacı olduğunu müəyyənləşdirmiş və inkişaf proqramı hazırlamışdır. Bu müddət ərzində ümumi daxili məhsul, 3,5 dəfə artmışdır. İlham Əliyev hakimiyyətə gələndə ümumi daxili məhsul 1,5-2,5 milyard dollar idisə indi bu rəqəm 25-30 milyard dollardır. Bundan əlavə, Prezident İlham Əliyev dünya liderləri ilə olduqca yaxşı diplomatik münasibətlər qurmuşdur. Digər əhəmiyyətli məsələ odur ki, Prezident ictimai və mədəni inkişafı əhatə edən sosial islahatları bir araya gətirmiş, təhsil və səhiyyə sistemini təkmilləşdirmiş, güclü pensiya sistemi yaratmış və sosial müdafiənin digər sahələrini möhkəmləndirmişdir. Azərbaycan regionda və beynəlxalq aləmdə lider ölkəyə çevrilmişdir. Xalqın ona dəstəkləməsinin səbəbi məhz budur".

Jurnalın "Prezident İlham Əliyevin hazırkı platformasını necə dəyərləndirirsiniz və yeni dövrdə onun planları nələrdir" sualını cavablandıran Əli Həsənov bildirmişdir: "Bizim şüarımız "Davam"dır. Yəni, Azərbaycanı sosial və iqtisadi inkişaf yoluna çıxaran hakimiyyətin və siyasətin davam etdirilməsidir. Biz artıq Azərbaycan üçün strateji plan hazırlamışıq. 2020-ci il üçün bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaqdır. Hazırda Azərbaycan inkişaf edən və orta gəlirli ölkədir. Adambaşına ümumi daxili məhsul 6-7 min dollardır və məqsədimiz növbəti 7 il ərzində bu rəqəmi 10-12 min dollara yüksəltməkdir. Hazırda bu məqsəd uğrunda çalışırıq və buna görə də "Davam" siyasəti ölkədə bu qədər seçicinin səsini qazanmışdır".

Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Loading Bars
Xəbər lenti
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldı (FOTO/VİDEO)
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Aİ regionlarda maliyyə əlçatanlığının yüksldilməsində maraqlıdır
Özünüməşğulluğun təşkilində Həmkarlar İttifaqları Konfederasiyası ilə də əməkdaşlıq ediləcək
Ötən gün Azərbaycanda 24 mindən çox insan vaksinasiya olunub
Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib
Magistraturaya imtahanda cəmi 1 nəfər bütün suallara düzgün cavab verib
Bu il magistraturaya imtahanda yüksək bal toplayanların sayı artıb - DİM
Ötən il ölkəyə ən çox idxal olunan məhsullar açıqlanıb
Gömrükdə aşkarlanan narkotik vasitələrin həcmi artıb
DİN Qazaxdakı dava barədə məlumat yaydı
DGK-yə yeni bina tikilir
Azərbaycan diasporu qazilərə əlil arabaları bağışlayıb (FOTO)
Azərbaycana gətirilən avtomobillərin sayı açıqlanıb
Kaspersky 2020-ci ildə “stalker” proqramları ilə mübarizə nəticələrinin icmalını hazırlayıb
Gün ərzində 800-1000 müəllim peyvənd olunacaq
Hindistanda Tac-Mahal məqbərəsi təxliyə olundu
Sabiq məktəb direktoruna cinayət işi açılıb
“AccessBank”dan xanımlara özəl təklif
Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişləndirildi
Xaçmaz sakinindən avtomat götürülüb
Ötən il ölkəyə 10 milyard 730 milyon dollarlıq məhsul idxal olunub - Komitə sədri
Bakıda üçmərtəbəli ev yanıb, 1 nəfər ölüb (ƏLAVƏ OLUNUB)
ANAMA Ağdamda mina partlayan ərazidə araşdırmalara başlayıb (FOTO)
Ağdamda minaya düşən idarə rəisi Bakıya gətirilir
Əli Əsədovun sədrliyi ilə iclas keçirilib (FOTO)
Ötən il büdcəyə 4 milyard manata yaxın pul köçürülüb - Səfər Mehdiyev
Miqrasiya Xidməti ikili vətəndaşlığı olan şəxslərə xəbərdarlıq etdi
Azərbaycan nefti bahalaşıb
Füzuli rayonunun Qaradağlı kəndi (VİDEO)
Rusiya aviaşirkətləri Azərbaycana müntəzəm reyslər üçün icazə alıb
Qarabağın inkişafı və bərpası hökumətin əsas prioritetidir
Azərbaycan ikinci Qarabağ müharibəsində PUA-ların istifadəsində böyük uğur qazandı - Avstraliya nəşri
Azərbaycanda internet televiziya və radioları üçün yeni yayım imkanları yaradılacaq
PAŞA Bank nağdsız ödənişlərin inkişafına verdiyi töhfəyə görə 3 nominasiyanın qalibi seçilib
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur - İşçi qrupunun üzvü
Arvadının ölümünə dözməyən kişinin meyiti həyətdən tapıldı
Müəllimlərin vaksinasiyası üçün 10 peyvənd məntəqəsi fəaliyyət göstərir
Müəllimlər vaksinasiya olunur (FOTO)
ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
Ötən gün yol qəzalarında 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Yaşa görə pensiyaların orta aylıq məbləği artıb
Bütün xəbərlər