...

Beynəlxalq təşkilat: Seçkilər ümumən Azərbaycanın seçki qanunlarına və demokratik normalara uyğun keçirilib

Siyasət Materials 10 Oktyabr 2013 12:10 (UTC +04:00)

Azərbaycan, Baki, 10 oktyabr / Trend, müxbir S.Əhmədova /

Qara Dəniz Ölkələri Vətəndaş Dialoqunun müşahidə qrupu Azərbaycanda keçirilən prezident seçkilərilə bağlı bəyanat qəbul edib. Trend-in məlumatına görə, sözügedən müşahidə qrupuna Moldova və Rusiya parlamentlərini təmsil edən üç deputat daxil olub.

Rusiya İctimai Palastasının sədri Sergey Markov bildirib ki, müşahidəçilər öz missiyasını həyata keçirməyə oktyabrın 7-də başlayıblar və missiyanın fəaliyyəti Azərbaycan və beynəlxalq qanunlara uyğun keçirilib: "Seçki məntəqələrdə lazımı şərait yaradılıb, minə yaxın məntəqədə veb-kameralar quraşdırılıb, ərazi seçki komissiyaları tərəfindən səhhəti ilə bağlı seçkilərə gələ bilməyən insanlar üçün şərait yaradılıb. Müşahidələr zamanı bəzi nöqsanlar da aşkar edilib, məsələn, bəzi seçki məntəqələrdə seçici sıxlığı olub, bu da bəzi problemlər yaradıb. Bir seçki məntəqəsində "exit-poll" elə məntəqənin içində keçirilib".

Markovun sözlərinə görə, bu hallar az-az müşahidə olunub və seçkilərin gedişatına, səslərin hesablanmasına təsir etməyib. Seçkilər ümumən Azərbaycanın seçki qanunlarına və demokratik normalara uyğun keçirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti